Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi hücumlarından sonra Qərbə səslənib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.
Zelenski Qərbdən Ukraynaya yardım etməyi və daha çox silah göndərməyi xahiş edib.
“Hazırda sammit üçün toplaşan G7 ölkələrinin cavabı çox vacibdir və bu cavab qəti və məzmunlu olmalıdır”, — deyə o bildirib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə şəhərində hədəflərə zərbələr endirib.
Bildirilir ki, hücumların qarşısı alınarkən Kiyev-Peçersk Lavrası zərər görüb və Uspenski kafedralının damında yanğın baş verib.
Əliyar Xəlil
Globalinfo.az