Ukrayna Prezidenti Volodimir Zelenski iki ildir bunkerdə yaşadığını etiraf edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “France Presse” (AFP) agentliyinə verdiyi müsahibədə danışıb.
Zelenskinin sözlərinə görə, o, müharibənin ilk günündən bunkerdə gecələyib və yalnız Prezident Aparatındakı ofisinə çıxıb.
Ukrayna lideri hava hücumu siqnalı zamanı belə artıq bomba sığınacağına enmədiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az