Kılıçdaroğluya daha bir şok: İttiham oluna bilər

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu yeni parlament müddətinin başlamasından sonra toxunulmazlığını itirəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

“Kilçdaroğlu mayın 14-də keçirilən seçkilərdə deputatlığa namizəd olmadı, çünki o, prezidentliyə namizədliyini irəli sürmüşdü.

2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi toxunulmazlığa malikdir.

Prokurorluq Kılıçdaroğlu ilə bağlı 40 cinayət şikayətindən birini təsdiq etsə, CHP lideri məhkəmə qarşısına çıxacaq”, – mətbuatın yaydığı məlumatda qeyd olunub.