Zelenski Əliyevlə AZAL təyyarəsinin vurulmasından danışdı – VİDEO

zelenski eliyev

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə “X” platformasında paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, Zelenski görüş zamanı ikitərəfli münasibətlər və ötən il dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Ukrayna prezidenti qəzanın səbəblərinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb:

“Prezident İlham Əliyevlə görüş zamanı AZAL-a məxsus təyyarənin qəzaya uğraması və nəticədə yaşanan insan tələfatına görə başsağlığı verdim. Qəza yerindən toplanan dəlillər aydındır, Rusiyanın həqiqəti etiraf etməsi üçün təzyiq göstərilməlidir. Biz həmçinin ikitərəfli əlaqələrin inkişafı, o cümlədən ölkələrimiz arasında ticarətin artırılması perspektivlərini və enerji sektorunda əməkdaşlığı müzakirə etdik. Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımları yüksək qiymətləndirir və təşəkkür edirik”.

Əliyar Xəlil
Globalinfo.az