z

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev yaxınlığındakı iqamətgahında gizli görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.

Bildirilib ki, görüşdə Prezident Volodimir Zelenski, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və müavini Oleq Tatarov iştirak ediblər.

Məlumata əsasən, toplantıda həmçinin Ali Radada hakim “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, müdafiə naziri Mixaylo Fedorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da yer alıblar.

Görüşün məzmunu barədə rəsmi açıqlama verilməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: