Ukrayna ABŞ-dakı səfirini dəyişmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrinə istinadən yazıb.
Bildirilib ki, hazırkı səfir Oksana Markarova Donald Tramp administrasiyası ilə yaxşı münasibət qura bilmir:
“Yeni səfir namizədlərindən biri Ağ Evdə müsbət reputasiyaya malik olduğu üçün müdafiə naziri Rustem Umerov olub. Lakin Kiyevdə bu variantdan imtina etmək qərarına gəliblər. Hazırda Ukraynanın mədəniyyət naziri Mikola Toçitskinin adı səfir vəzifəsinə namizəd kimi nəzərdən keçirilir”.
Qeyd edək ki, ötən ilin noyabrından Ukrayna Prezidenti Volodimir Zelenskinin bu vəzifəyə uyğun namizəd axtardığı yazılır. Lakin Kiyev bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Xatırladaq ki, Oksana Markarova Zelenskinin fevralın sonunda Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisəsi zamanı orada olub.
Əliyar Xəlil
Globalinfo.az