photo 2026 10 31 20 53 27

Almaniyanın 30-dan çox böyük şəhərində “Gen Z regelt” (“Z nəsli qərar verir”) hərəkatının təşkilatçılığı ilə gənclərin etiraz aksiyaları başlayıb. Nümayişçilər məcburi hərbi xidmətə çağırışın yenidən tətbiqinə qarşı çıxırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə ZDF telekanalı məlumat yayıb.

Bu gün günorta saatlarından etibarən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqart da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilib. Məlumata görə, Berlin və Kölndə keçirilən nümayişlərin hər birində təxminən 15 min nəfər iştirak edib.

“Gen Z regelt” hərəkatının aksiyalarına təkcə məcburi hərbi xidmətə qarşı çıxanlar deyil, həmçinin solçu fəallar və Fələstinə dəstək verən qruplar da qoşulublar.

Almaniya polisinin məlumatına görə, bəzi solçu ekstremist qruplaşmalar da tərəfdarlarını nümayişlərə qatılmağa çağırıblar.

Bu səbəbdən ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Mümkün iğtişaşların qarşısını almaq məqsədilə bəzi mağaza sahibləri oktyabrın 30-dan etibarən vitrinlərini qoruyucu vasitələrlə möhkəmləndirməyə başlayıblar.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: