Rusiya Silahlı Qüvvələri Odessadan 37 kilometr cənubda, Qara dənizdə Ukraynaya məxsus yük gəmisini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Rusiya ordusu günorta saatlarında hərbi təyinatlı yüklər daşıyan dəniz gəmilərinə qarşı dron hücumlarını davam etdirib.
“Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yükü daşıyan quru yük gəmisi Odessadan 37 kilometr cənubda dənizdə hərəkət edərkən vurulub”, – deyə məlumatda qeyd olunub.