
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk 2024-cü il iyunun 6-dan husilərin əsirliyində saxlanılan təşkilatın Yəməndəki İnsan Hüquqları İdarəsinin əməkdaşı Məhəmməd əl-Şaminin vəfat etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Türk bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Mən uzun müddət husilər tərəfindən qanunsuz şəkildə həbsdə saxlanılan yəmənli həmkarımız Məhəmməd əl-Şaminin vəfatından sarsılmışam. Onun ölümü ilə bağlı dərhal araşdırma aparılmasına çağırıram. Məhəmmədin ailəsi həqiqəti bilməyə layiqdir”, – deyə o yazıb.
BMT-nin rəsmi saytında yayımlanan bəyanatda bildirilib ki, əl-Şami bir neçə ay əvvəl vəfat edib. Lakin onun ailəsinə ölüm xəbəri yalnız bu yaxınlarda çatdırılıb.
Əliyar Xəlil,