68073d37c935b68073d37c935c174530488768073d37c935968073d37c935a

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadla, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Paylaş: