meyit

Dəfn mərasimlərində diqqət çəkən adətlərdən biri də dünyasını dəyişən şəxsin tabuta qoyulmazdan və ya dəfnə aparılmazdan əvvəl xalçaya bükülməsidir. Uzun illərdir tətbiq olunan bu ənənənin səbəbi isə çoxları üçün maraqlıdır.

Bəs meyitin xalçaya bükülməsinin səbəbi nədir? Bu adətin tarixi və dini əsası varmı?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev bildirib ki, islam hüququna görə, insan dünyasını dəyişdikdən sonra vacib olan onu yumaq, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etməkdir:

“Təbiidir ki, hər bir insan dünyasını dəyişən əzizini daha gözəl şəkildə yola salmaq istəyər. Burada diqqət yetirilməli əsas məqam ifrata və təfritə varmadan israfdan çəkinməkdir”.

rufet qarayev ilahiyyatci

Rüfət Qarayev

Suala aydınlıq gətirən ilahiyyatçı qeyd edib ki, tabutun içərisinə mütləq xalça və ya buna bənzər əşyanın qoyulması şəriətin vacib hökmü deyil:

“Bu, insanların öz əzizlərinə olan ehtiramının, onları son mənzilə hörmət və diqqətlə yola salmaq istəyinin ifadəsidir. Tabuta xalça qoyulması, cənazə namazı qılınarkən tabutun altına xalça sərilməsi isə bəyənilən əməllərdəndir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: