1030077 src

ABŞ-ın Moskvadakı səfirliyi paytaxtda yerləşən “Tsaritsıno” muzey-qoruğunda çoxsaylı insan tələfatına səbəb ola biləcək hadisə baş verəcəyi barədə xəbərdarlıq yayıb.

Globalinfo.az-ın xəbərinə görə, səfirliyin məlumatında qeyd olunub ki, diplomatlar muzey-qoruğuna qarşı real təhlükə barədə məlumat əldə ediblər.

ABŞ hökuməti təhlükəyə qarşı görüləcək tədbirləri Rusiya hakimiyyətinin müvafiq qurumları ilə əlaqələndirir.

Səfirlik ABŞ vətəndaşlarına “Tsaritsıno” muzey-qoruğuna getməməyi, həmin ərazidən uzaq durmağı, insanların sıx toplaşdığı yerlərdən yayınmağı və ətrafda baş verənlərə qarşı diqqətli davranmağı tövsiyə edib.

Bundan əlavə, vətəndaşlara şəxsi təhlükəsizlik planlarını nəzərdən keçirmək, fövqəladə vəziyyət zamanı yararlanmaq üçün mobil telefonlarını enerji ilə təmin etmək, şəxsiyyət vəsiqələrini üzərlərində saxlamaq və yerli KİV-in məlumatlarını izləmək tövsiyə olunub.

Rusiya və Moskva hakimiyyət orqanları ABŞ səfirliyinin xəbərdarlığına hələlik münasibət bildirməyiblər.

“Mash” teleqram kanalının məlumatına görə, “Tsaritsıno” muzey-qoruğundan təhlükə barədə məlumatlarının olmadığı bildirilib. Qeyd olunub ki, muzey-qoruğu fəaliyyətini adi qaydada davam etdirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: