mirzoyan zeyani

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Manama Dialoqu çərçivəsində Bəhreyn xarici işlər naziri Əbd əl-Lətif bin Rəşid əl-Zəyani ilə görüşüb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan və əl-Zəyani Ermənistan və Bəhreyn arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini ətraflı müzakirə edərək, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İki ölkə arasında artıq danışıqlar prosesində olan beynəlxalq müqavilələrin imzalanması yolu ilə hüquqi çərçivənin genişləndirilməsinə, turizmin təşviqi üçün mümkün addımlara, eləcə də investisiyaların təşviqi imkanlarına toxunulub.

Sülh gündəliyinin təşviqi konteksti də daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparılıb.

Mirzoyan İrəvanın Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsinə və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş səylərini təqdim edib. O hesab edir ki, bu, regional əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Paylaş: