2ff57e4c998b8bca31c8c60dbbfa09ef 6

Qaxda yeddi nəfər qidadan zəhərlənib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə altı kişi və bir qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfər (bir kişi və bir qadın) ambulator müalicə üçün evə buraxılıb.

Digər beş kişi isə daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmənin göbələkdən qaynaqlandığı ehtimal olunur.

Paylaş: