Putin: Biz heç vaxt ruslarla ukraynalılar arasında fərq qoymamışıq

“Biz heç vaxt ruslarla ukraynalılar arasında fərq qoymamışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya həmişə rusları və ukraynalıları bir xalq hesab edib və onları ayırmayıb:

“Bunu hamı bilir. Biz heç vaxt ruslarla ukraynalılar, yaxud Rusiya və Ukrayna arasında fərq qoymamışıq. Ukraynada və Rusiyada yaşayan insanların mütləq əksəriyyəti bunu həmişə belə biliblər”.

Rusiya prezidenti qeyd edib ki, Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi tarixdən qaynaqlanır:

“Böyük Vətən Müharibəsindən sonra Hitlerlə əməkdaşlıq edən bu millətçi və nasist ünsürlərdən bəziləri xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya üz tutdular. Düşmənimiz isə onlara arxalandı”.

Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəli insanların gəldiyini vurğulayıb:

“Prezidentlərin soyadının necə olmasının əhəmiyyəti yoxdur. Onlar özlərini aqressiv, həyasız apardılar və bir anda təsir altına düşdülər”, – deyə Putin bildirib.

Əliyar Xəlil
Globalinfo.az