
Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün təhlükəsizliyini təmin etmək məqsədilə təkliflərini bir müddət əvvəl ABŞ-a təqdim edib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Rubio bildirib ki, Vaşinqton Türkiyənin bu məsələ ilə bağlı irəli sürdüyü təklifləri nəzərdən keçirir.
“Biz bu məsələ ilə bağlı bir müddət əvvəl Türkiyə tərəfindən bizə göndərilən təklifləri dəyərləndiririk”, – deyə o vurğulayıb.
Əliyar Xəlil,