
Ukrayna Vaşinqtona ABŞ-dan almaq istədiyi silahların siyahısını təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, siyahıya “Patriot” sistemləri də daxildir:
“Biz bütün bu paket üçün pul tapmağa hazırıq”.
Zelenski əlavə edib ki, bu, ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq mövzulardan biridir.