“Biz bəzi media resurslarında guya Azərbaycanda rusdilli məktəblərin bağlanmasının planlaşdırıldığı barədə xəbərlər görmüşük”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bir müddət sonra yaranan çoxsaylı sualları nəzərə alaraq, Azərbaycanın Elm və Təhsil Nazirliyi dərhal bu məlumatı təkzib etdi. Vəziyyəti diqqətlə izləyirik və bu məsələ barədə Bakı ilə daim əlaqə saxlayırıq”.
Zaxarova qeyd edib ki, təkzib vaxtında edilib:
“Çünki biz təkcə siyasi və ya fəlsəfi hadisədən danışmırıq. Bunlar konkret insanların taleləridir”.
Əliyar Xəlil
Globalinfo.az