“Qərbin Ermənistana yardımı regional sabitliyi pozur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistana pul yardımının artırılmasına münasibət bildirib.
“Rəsmi İrəvana pul yardımının artırılması Qərb ölkələrinin həm Ermənistanda, həm də Cənubi Qafqazda qeyri-sabitlik xarakterli fəaliyyətini təsdiqləyir. Qonşu dövlətlərin və dünyanın digər ölkələrinin bu tendensiyalarını görməmək mümkün deyil. Bundan yalnız milli yönümlü siyasət yürüdən, tarixi bilən, milli maraqlardan çıxış edən, ölkəsini və xalqını düşünən dövlət xadimi qaça bilər”, – deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, USAİD Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 250 milyon dollara çatdırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az