owl detail 620 cef60d2eb968d2caf23432d11d302aa6

İsveçrənin xarici işlər naziri və ATƏT-in hazırkı sədri İqnazio Kassis Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən əvvəl danışıqlar masasında yerini tapmaq çətinlik çəkib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kassis danışıqların keçiriləcəyi otağa daxil olduqdan sonra yanlışlıqla Rusiya nümayəndələrinin əyləşdiyi tərəfə keçib. Bu zaman ona xəbərdarlıq edilib və nazir qarşı tərəfə keçib.

Sözügedən hadisə Rusiya KİV və ictimaiyyətində maraqla qarşılanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: