Zaxarova təsdiqlədi: “Bakı narazıdır, həll etməyə hazırıq”

zaxarova 2

“Biz həqiqətən də Bakıdakı “Rus evi”nin fəaliyyəti ilə bağlı diplomatik kanallar vasitəsi ilə Azərbaycandan notanı almışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

O, Moskvanın məsələnin müsbət yolla həllini gözlədiyini bildirib:

“Rusiya tərəfi “Rus evi”nin qeydiyyatının başa çatdırılması üçün zəruri tədbirlər görməyə hazırdır. Bunu ikitərəfli hökumətlərarası saziş əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə edə bilərik”.

Qeyd edək ki, Azərbaycan Respubklikası Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığını və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğunu bildirib. O, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərildiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az