Zaxarova: “Minsk Qrupu formatını bu ölkələr tarixin zibilliyinə atıb”

ATƏT-in Minsk Qrupu formatını məhz Qərb ölkələri tarixin zibilliyinə atıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ başda olmaqla Qərb ölkələri Ermənistan-Azərbaycan nizamlanmasının səylərini pozub.