kuba%C9%99

Kuba ABŞ-a mümkün hücum üçün yüzlərlə dron alıb.

Globalinfo.az xəbər verir kii, bu barədə “Axios” məlumat yayıb.

“Kuba 300-dən çox hərbi dron əldə edib. Artıq onlardan Quantanamo körfəzindəki bazaya, Amerika hərbi gəmilərinə və Florida ştatına zərbələr endirmək üçün istifadə planlarını müzakirə etməyə başlayıblar”, – deyə bildirilib.

Məqalədə iddia olunur ki, 2023-cü ildən bəri Kuba Rusiya və İrandan “müxtəlif qabiliyyətli” hücum dronları alır və onları ada boyunca yerləşdirir.

Nəşrin mənbəyi qeyd edib ki, Kubanın bu cür texnologiyalara sahib olması narahatlıq doğurur və ciddi təhlükədir.

Mayın 17-də Kuba hakimiyyətinin ABŞ-ın mümkün hücumundan qorxaraq ölkənin müdafiəsini gücləndirməyə başladığı deyilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: