ABŞ-ın Nyu-York ştatında nadir rast gəlinən, müalicəsi olmayan və potensial ölümcül “Burbon” virusuna ilk yoluxma halı təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“Xəstəlik 67 yaşlı Lonq-Aylend sakini Maykl Larkində aşkarlanıb. O, həyətində işləyərkən ayağında “Lone Star” (Tənha ulduz) növünə aid iki gənə tapıb. Bir müddət sonra onda güclü ağrılar və halsızlıq yaranıb, nəticədə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, “Burbon” virusu ilk dəfə 2014-cü ildə ABŞ-ın Kanzas ştatının Burbon dairəsində müəyyən edilib. O vaxtdan bəri yoluxma halları ölkənin Orta Qərb, Şərq sahili və cənub bölgələrində qeydə alınıb.
Xəstəliyin əsas əlamətləri yüksək hərarət, yorğunluq, bədən ağrıları, səpkilər, ürəkbulanma və qusmadır.
Alimlər virusun gənələr vasitəsilə yayıldığını hesab edirlər. Hazırda bu virusa qarşı nə peyvənd, nə də xüsusi müalicə mövcuddur, diaqnozun qoyulması isə çətindir”, – deyə bildirilib.
Qeyd olunub ki, “Lone Star” (Amblyomma americanum) gənəsi Şimali Amerikada yayılan iksod gənəsi növüdür.
O, dişisinin belində ulduza bənzəyən gümüşü-ağ ləkəyə görə bu adı alıb.
Əliyar Xəlil
Globalinfo.az