
İranın ali rəhbəri Seyid Əli Ayətullah Xamenei ABŞ-ı təhdid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində danışıb.
“İranı, xalqını və tarixini bilən müdrik insanlar bu ölkə ilə heç vaxt təhdid dili ilə danışmayacaqlar. Çünki biz heç vaxt təslim olmayacağıq. Amerikalılar bilməlidirlər ki, onlar hər hansı hərbi müdaxilə nəticəsində, şübhəsiz ki, bərpası mümkün olmayan ziyana uğrayacaqlar”, – deyə Xamenei bildirib.
O qeyd edib ki, İran xalqı müharibəyə müqavimət göstərəcək:
“Tehranın yeni zərbələr endirmək planı var. İsrail cəzalandırılmalıdır və artıq cəzalandırılır. İran xalqı və silahlı qüvvələrinin bu şər düşmənə vurduğu və gələcəkdə də vurmağı planlaşdırdığı zərbə onu zəiflədən ağır cəzadır. İsraillə qarşıdurmadan qalib çıxacağıq. Allah, şübhəsiz ki, İran xalqına qələbə, haqq və ədalət bəxş edəcək”.
Əliyar Xəlil
Globalinfo.az