y%C9%99m%C9%99n 900x506 1

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin ordusu ölkənin şimalında Husilərin hərbi mövqelərinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hava zərbələri Saada və Marib əyalətlərindəki Əl-Cuba, Əl-Safra və Məczar bölgələrində cəmləşən husilərin və əlavə qüvvələrin mövqelərini hədəfə alıb.

Öz növbəsində Yəmənin hökumətyönlü dövlət televiziya kanalı bir sıra bölgələrdə husilərin mövqelərinin hava hücumlarına məruz qaldığını bildirib. Bu, husilərin Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına hücum etdiyi bir vaxta təsadüf edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: