“G20 liderlərinin COP-un uğurunu təmin etməsi və yeni iqlim maliyyəsi məqsədinə çatılmasına cəhd edirəm. Nümayəndə heyətləri və COP29 sədrliyi ortaq fikirlər tapmaq üçün çox çalışırlar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antoni Quttereş COP29 tədbiri zamanı deyib.
O, bütün gözlənilən məsələlərlə bağlı iddialı və balanslı müzakirələr aparmaq üçün böyük təkana ehtiyac olduğunu vurğulayıb:
“Hər bir kəs bilməlidir ki, iqlim maliyyəsinin razılaşdırılmasından imtina yaranmış vəziyyətdən çıxış yolu sayıla bilməz. Bizə lazım olan şey Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədi ilə bağlı razılaşma əldə etməkdir”.
Quttereşin sözlərinə görə, məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etmələridir:
“Maliyyə artımı həqiqətən də vacibdir. Bütün tərəflərin 1.5 ilə uyğunlaşdırılmış yeni təbii fəaliyyət planlarını təqdim edə bilməsini təmin etmək olduqca önəmlidir. Sərt mövqeləri yumşaltmaq, fərqliliklərinizi gözardı etmək lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az