Yanğın baş verən yataqxana sakinlərinin aqibəti necə olacaq?

“İkimərtəbəli inzibati binada 11 ailə məskunlaşıb. 7 ailə Qubadlı, 2 ailə Cəbrayıl, 2 ailə də Laçın rayonundan məcburi köçkünlərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin Regional İdarəetmə Şöbəsinin müdiri Sənan Hüseynov deyib.

O bildirib ki, yanğının səbəbləri araşdırılacaq.

“Komitə tərəfindən hal-hazırda baxış keçirilir. Ailələr bu gün qohum evində yerləşdirilir.
Sabahdan hansı köməkliklərin aparılması ilə bağlı araşdırılma aparılacaq”.

Globalinfo.az