3DFATC8 1

İspaniya La Liqasının 10-cu turunda “Real Madrid” səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Globalinfo.az xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən “El-Klasiko”da Madrid təmsilçisinin heyətində Kilian Mbappe iki dəfə fərqlənib. “Barselona”nın qolunu isə Rafinya vurub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Real Madrid” 2-1 qalib gəlib.

Bu nəticə ilə “Barselona” cari mövsümdə La Liqada ilk dəfə xal itirib.

Hazırda “Barsa” 27 xalla turnir cədvəlinə başçılıq edir, “Real” isə ondan 3 xal geri qalır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: