Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən növbədənkənar parlament seçkilərində müxalifətin üstünlük qazandığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı danışıb.
Vuçiçin sözlərinə görə, ilkin nəticələr müxalifəti təmsil edən “Tələbə siyahısı”nın öndə olduğunu göstərir.
“Çoxu təəccüblənəcək və bəzi insanların nə qədər yalan danışdığını anlayacaqsınız. Təbəqələşdirilmiş seçmə nəticələrinə əsasən, bu seçkilərdə məğlub olduğumuz aydındır”, – deyə Vuçiç bildirib.
Beləliklə, Vuçiç partiyasının seçkilərdə məğlubiyyətini qəbul edib.