qarabag u15

Bakıda təşkil olunan FİFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

Globalinfo.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Avstraliya yığması ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən qarşılaşma saat 19:30-da başlayıb.

Yığma rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timoru 6:0, ikinci matçında isə Andorranı 1:0 hesabı ilə məğlub edib.

Paylaş: