WhatsApp Image 2025 12 12 at 13.22.00

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abisəsi ziyarət olunub.

Globalinfo.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin abidəsi idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunacaq.

WhatsApp Image 2025 12 12 at 13.22.00 6WhatsApp Image 2025 12 12 at 13.21.59WhatsApp Image 2025 12 12 at 13.21.59 1WhatsApp Image 2025 12 12 at 13.21.59 2WhatsApp Image 2025 12 12 at 13.21.59 3WhatsApp Image 2025 12 12 at 13.21.59 4WhatsApp Image 2025 12 12 at 13.21.59 5WhatsApp Image 2025 12 12 at 13.21.59 6WhatsApp Image 2025 12 12 at 13.22.00 2WhatsApp Image 2025 12 12 at 13.22.00 3WhatsApp Image 2025 12 12 at 13.22.00 4WhatsApp Image 2025 12 12 at 13.22.00 5WhatsApp Image 2025 12 12 at 13.22.00 7WhatsApp Image 2025 12 12 at 13.22.00 8

 

Paylaş: