Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu İşçilər Partiyasının lideri Lula da Silva qalib gəlib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Seçki komissiyasının açıqladığı rəsmi statistikaya əsasən, Lula da Silva səslərin 51,74 faizini toplayıb. Onun rəqibi, sağçı müxalifətin namizədi, senator Flaviu Bolsonaro isə 48,26 faiz səs qazanıb.
Mövcud nəticələrə görə, Bolsonaro artıq rəqibi ilə aradakı fərqi aradan qaldırmaq üçün riyazi imkanını itirib.
Lula da Silva Braziliyanın müasir tarixində prezident seçkilərinin birinci turunda geri qalmasına baxmayaraq, ikinci turda qalib gələn ilk siyasətçi olub.
Seçilmiş dövlət başçısının 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacağı bildirilir.
Seçkilərin ikinci turunda fəallıq 80,79 faiz təşkil edib. Səsvermədə 127 milyon 807 min 732 vətəndaş iştirak edib.
Seçicilərin 19,21 faizi, yəni 30 milyon 381 min 854 nəfər səsverməyə qatılmayıb.
Boş bülletenlərin sayı 1 milyon 426 min 55 (1,12 faiz), etibarsız hesab edilən səslərin sayı isə 2 milyon 713 min 225 (2,12 faiz) olub.