Deputat Elman Nəsirovun oğlu Həsən Nəsirzadə Braziliya ciu-citsu (BJJ) idman növü üzrə keçirilən turnirdə uğur qazanıb.
Globalinfo.az xəbər verir ki, Həsən Nəsirzadə rəqibi üzərində tam qələbə qazanaraq yarışın qalibi olub və birinci yerə layiq görülüb.
Qeyd edək ki, Həsən Nəsirzadə Braziliya ciu-citsu üzrə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak edib böyük uğurlar qazanan azərbaycanlı idmançıdır.

