Tramp 1 900x506 4

ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında ölkəsinin kəşfiyyat orqanlarından İranla bağlı ziddiyyətli məlumatlar aldığını bildirib.

Globalinfo.az xəbər verir ki, Miçiqana səfəri öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandıran Ağ Ev rəhbəri iki fərqli kəşfiyyat hesabatı dəstinin əlində olduğunu qeyd edib.

Tramp materialların detallarını açıqlamaqdan imtina edərək bildirib:

“Bunlar iki tamamilə fərqli hesabat dəstidir və hər ikisi əlimizdədir”.

Amerika lideri əlavə edib ki, bəzi kəşfiyyat məlumatları ictimaiyyətə açıqlansa da, digərləri məxfi saxlanılır. O, Vaşinqtonun Tehranla uğurla əməkdaşlıq etdiyini vurğulayıb və əldə olunan kəşfiyyat məlumatlarını yüksək keyfiyyətli adlandırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: