6ade6141e53b86ade6141e53b917929587856ade6141e53b66ade6141e53b7

Böyük Britaniyada “Boelo” fırtınası səbəbindən hava nəqliyyatının fəaliyyətində ciddi fasilələr yaranıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hava limanlarında 1500-dən çox aviareys gecikib.

Bildirilib ki, uçuşların orta gecikmə müddəti təxminən iki saat təşkil edib. Ən çox təsirlənən hava limanları London, Mançester, Edinburq və Qlazqoda yerləşir.

Şotlandiyada güclü külək nəticəsində ağacın aşması 60 yaşlı kişinin ölümünə səbəb olub.

Son günlər regionda qeydə alınan ikinci güclü fırtına zamanı küləyin sürəti Şotlandiyanın bəzi ərazilərində saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.

Elektrik xətlərinin zədələnməsi nəticəsində 82 mindən çox ev işıqsız qalıb.

Paylaş: