bina yangin

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna FHN-dən bildirilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğın yaşayış binasının fasadında quraşdırılmış tüstü bazasında baş verib. Yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində tüstü bazasında yığılmış yağ qalığı yanıb, lakin yaşayış binası yanğından mühafizə olunub.

***17:56

Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, yanğın Mehdi Hüseynzadə küçəsində yerləşən yaşayış binalarının birində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Paylaş: