İki yeniyetmə faciəvi şəkildə öldü

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

***

Mingəçevir su anbarında iki nəfər batıb.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Yevlax rayon sakinləri, 16 yaşlı Onur Oruclu və 17 yaşlı Hüseyn Qurbanov su anbarında çimərkən batıb.

Oruclu Onur Nicat oğlunun cəsədi sudan çıxarılıb. Qurbanov Hüseyn Məhərrəm oğlunun isə meyiti axtarılır.

Məlumata görə, yeniyetmələr Onurun ad gününü qeyd etmək üçün su anbarında çimməyə gediblərmiş.