Xilasedicilərimiz 36 saatdan sonra yaşlı kişini xilas etdi

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri 36 saatdan sonra 8 mərtəbəli binanın dağıntılar altından bir yaşlı kişi sağ çıxarılıb.

Daha sonra aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.