Araikin ofisinə silahlı hücum: detallar və ad açıqlandı – VİDEO

Separatçıların başçısı Araik Arutyunyanın ofisinə hücum hadisəsi ilə bağlı bir sıra detallar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, saat 03:05-də 20 fevral adlandırılan küçədə baş verən hadisəni törədən şəxslər saxlanılıblar.

Onlar 1983-cü il təvəllüdlü T.X və 1981-ci il təvəllüdlü A.A-dır.

Müəyyən edilib ki, gecə saat 03:00 radələrində qabaqcadan razılaşdırılmış şəkildə və ya spirtli içkinin təsiri altında A.A binaya yaxınlaşıb və atəş açıb.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

***12:18

Qarabağdakı separatçılar arasında gərginlik artmaqdadır.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında iki erməni separatçıların rəhbəri Araik Arutyunyanın Xankəndidəki ofisinə hücum edib.

Hadisə zamanı gərginlik yaşandığı, atəş açıldığı bildirilir.