Akopyandan ŞOK: Ötən ay Moskvada Arutyunyana deyiblər ki… – VİDEO

10:21

Bakı və İrəvan minimum 3 dəfə bir-birinə sülh müqaviləsi paketi göndərib, amma heç bir irəliləyiş yoxdur.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ani Araşdırma Mərkəzinin koordinatoru Tatul Akopyan çıxış edib.

Akopyan fikir ayrılığının xüsusilə sülh üçün zəmanət institutunun yaradılması (Azərbaycan belə institutun yaradılaraq üçüncü tərəfin ikitərəfli münasibətlərə daxil edilməsini istəmir – red.), delimitasiya və demarkasiya məsələləri, eləcə də Qarabağın müqaviləyə salınması məsələsində yaşandığını bildirib.

Erməni jurnalist seperatçıların rəhbəri Araik Arutyunyan və Ruben Vardanyanın keçən ay həyata keçirilən Moskva səfərləri barədə də maraqlı detalları açıb:

“Əgər imkan olsaydı, Arutyunyandan Ruben Vardanyanın vəzifəyə təyinatında Rusiyanın rolunun olub-olmamasını soruşardım. Əminəm ki, İrəvanın bu məsələdə iştirakı sıfıra bərabərdir. Məsələ odur ki, Vardanyan Moskva səfərindən sonra vəzifəsindən azad edildi. Əvvəlcə Moskvaya Arutyunyan getdi və onu orada hökumət aparatında qəbul etdilər. Bu, çox vacibdir. Adətən Qarabağdan Moskvaya gələnləri başqa yerdə, daha dəqiq desək, təhlükəsizlik sistemində qəbul edirdilər. Məndə olan məlumata görə, Vardanyan Moskvada məhz təhlükəsizlik sisteminin müəyyən nümayəndələri, Arutyunyan isə hökumət tərəfindən qəbul edilib. Xatırlayın ki, Əliyevin Vardanyanın qovulması ilə bağlı tələbi icra edilib, amma bu, məhz Moskvaya səfərdən sonra baş verdi”.

Akopyan Vardanyanın Qarabağdakı qalmaqla yanaşı, hələ də separatçı rejimdə ciddi təsirinin olduğunu söyləyib:

“Vardanyanın “rəsmi dairələrdə” və əhali arasında ciddi təsiri var. Xankəndidə “Rossiya” restoran kompleksi fəaliyyət göstərir. Ənənəvi olaraq bura Bako Saakyanın (separatçıların keçmiş rəhbəri – red.) iqamətgahı sayılırdı, indi bu mərkəzdə söz sahibi Ruben Vardanyandır və Saakyanla çox yaxşı münasibətləri var”.

İlkin Həsənov
Globalinfo.az