“Artıq heç kim İrana hücum etməyə cəsarət etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Tehranın müvəqqəti cümə imamı Əhməd Xatəmi deyib.
“Əli Xameneinin ifadəsi ilə desək, hətta düşmənin gülüşünə belə şübhə ilə yanaşmaq lazımdır, xüsusilə də ABŞ Prezidenti Donald Tramp kimi yalanın simvolu olan düşmənə… Onlar yenə hücum edə bilərlər, amma bu, heç bir nəticə verməyəcək, inqilabımız qalıcıdır”.
Xatəmi vurğulayıb ki, liderə itaət etmək lazımdır:
“Nə qabağa keçmək, nə də geri qalmaq — rəhbərliklə birlikdə hərəkət etmək vacibdir. İmam, şəhid lider və üçüncü lider həmişə birliyə çağırıb”.
Safura Bənnayeva
Globalinfo.az