“Hər şey birdən-birə oldu…”- Emil Rəhmanovun ölüm anları

“Hər şey birdən-birə olub. Dünən gecə anidən Emilin vəziyyəti pisləşib, dərhal xəstəxanaya çatdırıblar, amma orada dünyasını dəyişib”.

Bu sözləri Globalinfo.az-a əməkdar artist Çingiz Əhmədov həmkarı, yaxın dostu Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun ölümü haqda danışarkən deyib.

O bildirib ki, mərhumun ürəyi 20 faiz fəaliyyət göstərirmiş:

“Bu gün böyük qardaşı İlhamın yanında, Biləcəri qəbiristanlığında dəfn edəcəklər. Çox gözəl səsə malik idi Emil. Belə olmalı deyildi. Özündən başqa bir qardaşı və bir bacısı var. Qardaşının da sağlamlığında problemi var. Bacısı ailəlidir, övladları var”.

Zaira Akifqızı
Globalinfo.az