Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub.
Gobalinfo.az bildirir ki, “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.
“Opel” markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə baqlı araşdırma aparılır.