Xaçmazda ağır qəza: ölən və yaralanan var

Avqustun 20-də Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, Xudat-Nabran yolunda VAZ-2107 və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Opel”in sərnişini Səxavət Hüseynzadə həyatını itirib, digər avtomobilin sürücüsü Hacıbala Xuruci isə xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.