Yük maşını körpüdən çaya aşdı: sürücü öldü

ykm

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.