z%C9%99lz%C9%99l%C9%99

Venesuelada növbəti dəfə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 5,4 bal gücündə yeraltı təkanlar Araqua ştatında qeydə alınıb. Zəlzələnin episentri paytaxt Karakasdan 60 kilometr məsafədə yerləşib.

Qeyd edək ki, Araqua ştatında 3 milyondan çox insan yaşayır.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: