Kursk vilayətinin sərhədyanı rayonlarından 76 mindən çox insan təxliyə edilib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, 4,4 mindən çox insan müvəqqəti saxlama mərkəzlərində yerləşdirilib.
Ukrayna ilə həmsərhəd əraziləri tərk edənlər üçün Rusiyanın 8 regionunda, o cümlədən Kursk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinin 60-a yaxın müvəqqəti saxlama məntəqəsi yaradılıb.