
“Kursk vilayətində vəziyyət sürətlə dəyişir. Ukrayna Silahlı Qüvvələri artıq Sucanı tərk ediblər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq mərkəzinin yaydığı məlumatda bildirilir.
Mərkəz birbaşa Sucanın adını qeyd etmədən Rusiya ordusunun bir sıra əraziləri nəzarətə götürdüyünü yazıb:
“Xəritələr yeniləndi. Düşmən Maxnovka, Zamostye, Kazaçya Loknyanı ələ keçirib, həmçinin Yasenovoe və Skudnoe istiqamətində irəliləyib”.
Mərkəzin yaydığı xəritədə Suca şəhərinin artıq Ukrayna ordusunun nəzarəti altında olmadığı görünür. Ərazinin qərb hissəsi isə hələ də “boz zona” hesab olunur. Nəticə olaraq heç bir tərəf tam üstünlüyü ələ ala bilməyib.

Ayşən Mustafa
Globalinfo.az