iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 1

İranın Ali Liderinin müşaviri Möhsün Rəzayi Ukrayna ilə bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində bir gəmiyə hücumundan sonra Tehran Ukrayna ərazisində yerləşən üç hədəfə zərbə endirməyə hazırlaşıb.

Onun sözlərinə görə, cavab əməliyyatı üçün bütün hazırlıqlar tamamlanıb və İran Silahlı Qüvvələri müəyyən edilmiş hədəflərə zərbə endirməyə hazır vəziyyətə gətirilib, lakin son anda Kiyevin üzr istəməsi planlaşdırılan hərbi əməliyyatın dayandırılması ilə nəticələnib.

“Onlar bizimlə əlaqə saxladılar və dedilər: “Bu, bir səhv idi. Biz səhv etmişik”. Biz artıq Ukraynada 3 obyektə zərbə endirməyə hazır idik, lakin onların səhvlərini etiraf etmələrindən sonra biz bu planımızdan əl çəkdik. Biz eskalasiyaya can atmırıq və yeni münaqişə ocağı yaratmaq istəmirik”, – deyə Rəzayi vurğulayıb.

Tahir Turan
Globalinfo.az

 

Paylaş: